Türkiyəyə məxsus gəmi Aralıq dənizində qazma işləri aparır

Hazırda oxunan: Türkiyəyə məxsus gəmi Aralıq dənizində qazma işləri aparır

108028

Türkiyənin “Abdülhamid Han” qazma gəmisi Şərqi Aralıq dənizindəki “Taşucu-1” sahəsində qazma işlərinə başlayıb. 

Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə “TPAO” şirkəti məlumat yayıb. 

“Türkiyənin enerji müstəqilliyi və ölkənin mövqeyinin gücləndirilməsi naminə çalışmalarımızı davam etdiririk”, - deyə şirkətin məlumatında qeyd edilib. 

Qeyd edilib ki, “Abdülhamid Han” Türkiyənin qazma donanmasının dördüncü və ən müasir gəmisidir. İki qülləli yeddinci nəsil gəminin uzunluğu 238 metr, eni isə 42 metrdir. Qazma gəmisinin 200 nəfərlik heyəti var. Gəmi 12 200 metr dərinlikdə qazma işləri aparır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin