“Ukrayna Moskvanın nüvə silahından tamamilə imtinası müqabilində Rusiyanın təhlükəsizliyini təmin etməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak rəsmi
“Twitter” hesabında qeyd edib.
“Budapeşt Memorandumunun ildönümündə "RF üçün kollektiv zəmanətlər" mövzusu maraqlı görünür. Amma əgər Moskvanın buna həqiqətən ehtiyacı varsa, Ukrayna Moskvanın nüvə silahından tam imtina etməsi müqabilində, Rusiyanın təhlükəsizliyinə zəmanət verə bilər”, - deyə Podolyak bildirib.
O həmçinin qeyd edib ki, Ukrayna bununla bağlı Moskva ilə eyni şəhərdə - Budapeştdə, Macarıstanda müqavilə imzalamağa hazırdır.
Bizim.Media
On Budapest Memorandum anniversary, "collective guarantees for RF" topic looks intriguing. But if Moscow really needs it… ?? can guarantee Russia's security in exchange for Moscow’s complete nuclear weapons renunciation. We can sign contract in the same city – Budapest, Hungary
— Михайло Подоляк (@Podolyak_M) December 5, 2022