Milli Məclisinin deputatları İspaniya Krallığına səfər ediblər.
Bizim.Media-nın məlumatına görə, səfərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Milli Məclisin Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova iştirak edib.
Səfər çərçivəsində deputatlar İspaniya Deputatlar Konqresində həmkarları ilə bir sıra görüşlər keçiriblər. Həmçinin deputatlarımız İspaniya Deputatlar Konqresinin xarici işlər komitəsinin sədri Pau Mari-Klose ilə görüşüblər.
Görüş zamanı Azərbaycan və İspaniya parlamentləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Azərbaycanlı deputatlar İspaniya Krallığı Deputatları Konqresinin 6 oktyabr tarixdə qəbul etdiyi Azərbaycana qarşı qərəz dolu İnstitusional Bəyanat adlı sənədin ölkələrimiz arasında dost və işgüzar münasibətlərə xələl gətirdiyini, bu cür addımların bölgədə sülh və təhlükəsizlik səylərinə qarşı olduğunu diqqətə çatdırıblar.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:03 / 05.12.2022
Milli Məclisin nümayəndə heyəti İspaniyada səfərdədir - FOTO
Hazırda oxunan: Milli Məclisin nümayəndə heyəti İspaniyada səfərdədir - FOTO
Hazırda oxunan: Milli Məclisin nümayəndə heyəti İspaniyada səfərdədir - FOTO
108002
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.