Rusiya ordusu 9400-dən çox ukraynalı dinc sakini öldürüb

Hazırda oxunan: Rusiya ordusu 9400-dən çox ukraynalı dinc sakini öldürüb

107835

Rusiya ordusunun atəşi nəticəsində indiyədək 9400-dən çox ukraynalı dinc sakin həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin bildirib. Məlumatı Ukrayna Daxili İşlər Nazirliyinin (DİN) saytı yayıb.

“Milli Polisin məlumatına görə, 9400-dən çox mülki şəxs həlak olub, 6800-ə yaxın insan yaralanıb. Onların arasında, təəssüf ki, uşaqlar da var - Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 461 uşaq ölüb”, - deyə Yenin bildirib.
Yeninin sözlərinə görə, Ukrayna qoşunlarının işğaldan azad etdiyi və düşmənin ən şiddətli atəşə tutduğu ərazilərdə polis yeni cinayətlər qeydə alır. Terror aktlarından mülki əhali əziyyət çəkir, ölənlərin sayı isə hər gün artır.

Rusiya Ukraynanın kritik infrastruktur obyektlərinə zərbələr endirməkdə davam edir. Hazırda ölkənin səkkiz regionunda 507 yaşayış məntəqəsində elektrik enerjisi verilmir.

Ən çox zərər çəkən Xarkov vilayətidir, burada 112 yaşayış məntəqəsi enerjisiz qalıb. Donetsk və Xerson vilayətlərində 90-dan çox, Nikolayevdə 82, Zaporojyedə 76 və Luqansk vilayətində 43 məntəqədə elektrik enerjisi yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin