Cənub qonşumuz məcburi hicab qanununa yenidən baxacaq - Tehran geri addım atır

Hazırda oxunan: Cənub qonşumuz məcburi hicab qanununa yenidən baxacaq - Tehran geri addım atır

107783

Ölkədə davam edən etirazlar fonunda İran hakimiyyəti hələ 1983-cü ildə qəbul edilmiş hicabın məcburi geyinilməsi ilə bağlı qanuna yenidən baxacaqlarını açıqlayıb.

Bizim.Media “The Guardian”a istinadən xəbər verir ki, İranın Baş prokuroru qanuna yenidən baxıldığını deyib.

Məhəmməd Cəfər Montazerinin sözlərinə görə, parlament və məhkəmə sistemi bu məsələyə baxır.

Eyni zamanda qanunda konkret olaraq nəyin dəyişəcəyi göstərilməyib. Amma  “bir-iki həftəyə” nəticə əldə ediləcəyi deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin