“Twitter” sosial şəbəkəsi Avropa İttifaqının (Aİ) kontentin moderasiyası qaydalarına əməl etməyəcəyi təqdirdə onun fəaliyyətinə qadağa qoyula bilər.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bunu daxili bazar məsələləri üzrə avrokomissar Tyerri Breton deyib.
Onun sözlərinə görə, sosial şəbəkə qaydalara əməl etməsə cərimələnəcək:
“Yox əgər bu proses davam etsə platformanı Avropada söndürə bilərik. Heç kəsin bunda şübhəsi olmamalıdır. Lazım gəlsə, biz bunu edəcəyik”.
Xatırladaq ki, avrokomissar “Twitter”in sahibi İlon Maskla görüş zamanı dezinformasiyanın aqresiv yürüdülməsindən imtinanın və gələn il platformanın irimiqyaslı müstəqil auditdən keçməsinin zəruriliyini onun diqqətinə çatdırıb. Sosial şəbəkə bunları etməsə Aİ-nin rəqəmsal xidmətlər sferasındakı qanunvericiliyini pozmaq riski ilə üzləşə bilər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:50 / 03.12.2022
“Twitter” Avropada qadağan OLUNA BİLƏR
Hazırda oxunan: “Twitter” Avropada qadağan OLUNA BİLƏR
Hazırda oxunan: “Twitter” Avropada qadağan OLUNA BİLƏR
107678
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.