“Qərb İranı ittiham etməklə Ukraynaya silah tədarükünü qanuniləşdirməyə çalışır” – Abdullahiyan 

Hazırda oxunan: “Qərb İranı ittiham etməklə Ukraynaya silah tədarükünü qanuniləşdirməyə çalışır” – Abdullahiyan 

107591

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ukraynadakı vəziyyətdən danışarkən rəsmi Kiyevi və NATO-nu ittiham edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, münaqişədən danışan İran diplomatı Ukraynadakı mövcud vəziyyəti Kiyevin NATO-ya meyl etməsində gördüyünü açıqlayıb.

“Ukraynadakı vəziyyətin səbəbləri NATO-nun şərqə doğru genişlənməsinin yanlış siyasətindədir”- deyə H.Ə.Abdullahiyan bildiirb.

İranın xarici işlər naziri bunları BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığında deyib.

“Qərb İranı Rusiyaya silah göndərməkdə ittiham etməklə, Ukraynaya silah tədarükünü qanuniləşdirməyə çalışır” – deyə İranın XİN başçısı bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin