“ABŞ Azərbaycan-Ermənistan arasında sülhün təmin edilməsinə sadiqdir” – Filip Riker 

Hazırda oxunan: “ABŞ Azərbaycan-Ermənistan arasında sülhün təmin edilməsinə sadiqdir” – Filip Riker 

107580

“ABŞ Ermənistan və Azərbaycan arasında birbaşa dialoqa kömək edir və regionda sülhün təmin edilməsinə sadiqdir”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Ermənistana səfərinin yekunlarına dair ABŞ-ın İrəvandakı səfirliyi tərəfindən yayılan video müraciətində bildirib.

"ABŞ dövlət katibi Entoni Blinken və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan tərəfindən təmsil olunan Ermənistan-Azərbaycan danışıqlarına cəlb olunub və danışıqların yüksək səviyyədə təşkilinə kömək edir. Biz Cənubi Qafqaz regionunda dinc gələcəyin təmin edilməsinə sadiqik”, - deyə Riker qeyd edib.
Onun sözlərinə görə, ABŞ hesab edir ki, davamlı birbaşa dialoq - hərbi əməliyyata deyil, sülhə və problemlərin hərtərəfli həllinə nail olmaq üçün açardır:

“Biz bilirik ki, bu, asan həll olunacaq məsələ deyil, lakin mən Blinkenin Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşdə dediyi sözləri təkrarlamaq istəyirəm ki, “Birləşmiş Ştatlar sabit sülhün bərqərar olması üçün səylərinizə hər cür kömək etməyə sadiqdir””.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin