İlon Maskın qərarları yenə BAŞINA BƏLA OLDU – Avropa Birliyi “Twitter”ə XƏBƏRDARLIQ etdi 

Hazırda oxunan: İlon Maskın qərarları yenə BAŞINA BƏLA OLDU – Avropa Birliyi “Twitter”ə XƏBƏRDARLIQ etdi 

107568

Avropa Birliyi təmsilçiləri “Twitter” rəhbərliyinə rəsmi xəbərdarlıq göndəriblər.

Bizim.Media xəbər verir ki, göndərilmiş rəsmi xəbərdarlıqda sosial şəbəkədə dezinformasiyalara yol verilməməsi əks olunub.

Bildirilib ki, “Twitter” kontentin moderasiyası ilə bağlı olan qaydalara riayət etməli və öz platformasında dezinformasiya ilə mübarizə aparmalıdır.

Dezinformasiya ilə bağlı olan bənd ilk növbədə bəzi “Twitter” hesabları tərəfindən COVID-19 pandemiyası barəsində yayılan yalan məlumatlarla əlaqəlidir.

Sosial şəbəkənin qaydaları bölməsində yerləşdirilmiş bildirişə əsasən, 23 noyabr 2022-ci il tarixindən başlayaraq insanlarda COVID-19 barəsində səhv təsəvvürlər yarada biləcək yalan məlumatlara qarşı mübarizə siyasətini tətbiq etmir.

Qeyd edək ki,  bir neçə gün öncə “Twitter”in yeni sahibi İlon Mask islahatlar çərçivəsində şəbəkədə COVID-19 pandemiyası ilə bağlı  kontent moderasiyasının ləğv edilməsi və bu səbəbdən bloklanan hesabların açılacağını açıqlayıb.
Avropa Birliyi təmsilçiləri hesab edirlər ki, məhz bu qərardan sonra vaksinasiyaya qarşı olanlar koronavirusun mövcudluğuna şübhə ilə yanaşanlarla sosial şəbəkə daxilində müxtəlif yalan məlumatlar paylaşmağa başlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin