Putin Şoltsla Ukraynadakı gərginliyi MÜZAKİRƏ ETDİ

Hazırda oxunan: Putin Şoltsla Ukraynadakı gərginliyi MÜZAKİRƏ ETDİ

107505

Rusiya Prezidenti Vladimir Putin Almaniya federal kansleri Olaf Şoltsla telefon danışığı aparıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putin və Şolts Ukrayna ətrafındakı vəziyyətin müxtəlif aspektlərini müzakirə ediblər. Putin Rusiyanın xüsusi hərbi əməliyyatın keçirilməsinə prinsipial yanaşmalarını ətraflı izah edib. 
"Putin və Şoltsun telefon danışığı zamanı Kiyevi silahla təmin edən və hərbçilərinin hazırlığını həyata keçirən Qərbin destruktiv xəttinə diqqət yetirilib", deyə Kremlin məlumatında qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin