ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snouden Rusiya pasportu alıb, onun həyat yoldaşı isə Rusiya vətəndaşlığına ərizə vermək mərhələsindədir.
Bizim.Media "TASS"a istinadən xəbər verir ki, Snoudenin vəkili Anatoli Kuçerena bildirib.
Vəkil əlavə edib ki, bir gün əvvəl Snoudenlə görüşüb və onun vəziyyəti yaxşıdır.
Qeyd edək ki, Snouden 2013-cü ilin iyununda ABŞ və Britaniya kəşfiyyat xidmətlərinin internetdə izləmə proqramları ilə bağlı bir sıra məxfi materialları Washington Post və Guardian qəzetlərinə təhvil verərək böyük beynəlxalq qalmaqala səbəb olub.
Bundan sonra o, Honq-Konqa, oradan isə Moskvaya uçub və burada bir müddət Şeremetyevo hava limanının tranzit zonasında olub.
Bir sıra digər ölkələrin rədd cavabından sonra Rusiya Snoudenə ABŞ-a qarşı fəaliyyətini dayandırmaq şərti ilə bir il müddətinə müvəqqəti sığınacaq verib. 2014-cü ilin avqustunda Snouden Rusiya Federasiyasında üç illik yaşayış icazəsi alıb, sonra ona müddətsiz yaşayış icazəsi verilib. Snouden bu ilin sentyabrın sonunda Prezident Putinin fərmanı ilə Rusiya vətəndaşlığını alıb.
Bizim.Media