Kreml Baydenin şərtlərini qeyri-mümkün ADLANDIRIB

Hazırda oxunan: Kreml Baydenin şərtlərini qeyri-mümkün ADLANDIRIB

107496

ABŞ Prezidenti Co Bayden faktiki olaraq Rusiya Federasiyası ilə danışıqların yalnız Vladimir Putin Ukraynanı tərk etdikdən sonra mümkün olduğunu deyib, lakin bu, mümkün deyil, xüsusi əməliyyat davam edir. 

Bizim.Media xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kreml buna hazır deyil.

"Sözsüz ki, xüsusi hərbi əməliyyat davam edir. Məqsədlərimizə çatmaq üçün prezident Putin hamı ilə danışıqlara açıq olub, indi də açıqdır və açıq olaraq qalır. ABŞ hələ də Rusiya Federasiyasının tərkibində yeni əraziləri tanımır və təbii ki, bu, hansısa qarşılıqlı zəmin axtarışını, qarşılıqlı müzakirə üçün mümkün olan zəmin axtarışını xeyli çətinləşdirir", - deyə Kremlin sözçüsü vurğulayıb. 

Peskov bununla belə, Vladimir Putinin Vaşinqtonla danışıqlar aparmağa hazır olduğunu deyib. 

"Rusiya Federasiyasının Prezidenti həmişə bizim maraqlarımızı təmin etmək üçün danışıqlara açıq olub, indi də açıqdır. Hələ xüsusi əməliyyat başlamamışdan əvvəl ABŞ, NATO və ATƏT ilə danışıqlara təşəbbüs etməyə çalışan Rusiya Federasiyasının prezidenti olub. Bilirsiniz ki, bu təşəbbüs qarşılıq almayıb", deyə Peskov deyib. 

Qeyd edək ki, Bayden Putinlə yaxın gələcəkdə təmas qurmağı planlaşdırmadığını, lakin Rusiya prezidenti Ukraynadakı münaqişənin sona çatmasında “maraq göstərərsə” belə bir ehtimalın mümkün olduğunu açıqlayıb.
Eyni zamanda, Amerika lideri vurğulayıb ki, Rusiya prezidenti ilə gələcək təmaslar ABŞ-ın NATO-dakı tərəfdaşları ilə məsləhətləşmələri əsasında mümkündür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin