Rusiyada İŞİD əməliyyatı: 10 terrorçu öldürüldü

Hazırda oxunan: Rusiyada İŞİD əməliyyatı: 10 terrorçu öldürüldü

107454
Rusiya hüquq-mühafizə orqanlarının noyabrın 22-də Kabarda-Balkar Respublikasının Nalçik şəhəri yaxınlığında keçirdiyi xüsusi əməliyyat nəticəsində 10 silahlı öldürülüb.
 
APA-nın verdiyi məlumata görə, öldürülənlər “İslam Dövləti”x9d (İŞİD) terror təşkilatının üzvləridir.
 
Onların kimliyi müəyyənləşdirilir.
 
Xəbər verilir ki, noyabrın 22-də səhər saatlarında Nalçik şəhəri yaxınlığında meşə massivində silahlı şəxslər aşkar olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları atışma zamanı 10 İŞİD-çini məhv ediblər.    
 
Rusiya Milli Antiterror Komitəsi əməliyyatın davam etdiyini açıqlayıb.
 
Qeyd edək ki, noyabrın 10-da Nalçikdə İŞİD-in yerli özəyinin başçısı Robert Zankişiyev hüquq-mühafizə orqanları tərəfindən öldürülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin