İranda “Xalq artıq sizi istəmir” deyən SEPAH generalı həbs edildi – FOTO 

Hazırda oxunan: İranda “Xalq artıq sizi istəmir” deyən SEPAH generalı həbs edildi – FOTO 

107417

İran İnqilabının Keşikçiləri Korpusunun keçmiş komandirlərindən general Məhəmməd Bağır Bəxtiyar İran təhlükəsizlik qüvvələrinin evinə hücumu nəticəsində həbs edilib. Onun şəxsi əşyaları müsadirə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Azad İran” teleqram kanalında verilib. 

Məlumatda qeyd olunur ki, Bəxtiyar daha əvvəl bir audio fayl yayaraq İslam Respublikası hökumətini Məhsa Əmininin ölümünün əsl səbəblərini gizlətməkdə günahlandırmışdı.

O bildirib ki, məhkəmə-tibb ekspertizasının etibarlı mənbələri 22 yaşlı gənc qızın ölümünə kəllə sümüyünün zədələnməsi diaqnozu qoyublar.

İran rəsmilərini “ambisiyalı və şəxsiyyətsiz” adlandıran keçmiş SEPAH komandiri demişdi ki, əgər “sağlam düşüncə” bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb üzr istəsəydi, hökumət daha az acınacaqlı nəticələrlə qarşılaşa bilərdi.

"Artıq xalqın əsas hədəfi rəhbərdir, şüarlar birbaşa ona qarşı yönəlib. Bunu başa düşün ki, xalq artıq sizi istəmir", - deyə general Məhəmməd Bağır Bəxtiyar səs yazısında bildirmişdi. Generalın həbs xəbərini təsdiq edən İranın "Səham News" saytı onun harada saxlanıldığı barədə məlumat verilmədiyini yazıb.
O, İran-İraq müharibəsi dövrünün əsas komandirlərindən biri və SEPAH-ın hərbi dəniz qüvvələrinin qurucularındandır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin