Makrondan Baydenə “QARDAŞLIQ” təklifi: “Müharibə Avropa ərazisində aparılır”

Hazırda oxunan: Makrondan Baydenə “QARDAŞLIQ” təklifi: “Müharibə Avropa ərazisində aparılır”

107398

ABŞ və Fransa  silah tədarükü ilə bağlı razılığa gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə Fransa Prezidenti Emanuel Makron ABŞ-lı həmkarı Co Baydenlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.  

Makron bildirib ki, müharibə yenidən Avropa ərazisində aparılır. Bu və digər cari böhranları nəzərə alaraq, o, Baydenlə “silah qardaşı olmaq” zərurətinin vacibliyini vurğulayıb. 

Bayden isə Makronun bu təklifinə müsbət cavab verib: “Birləşmiş Ştatlar birlikdə fəaliyyət göstərmək üçün Fransadan yaxşı tərəfdaş tapa bilməzdi”. 

Bayden vurğulayıb ki, ABŞ və Fransa birliyi dünyada sabitliyin əsası olaraq qalır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin