Almaniya 30 min hərbçini döyüşə hazır vəziyyətə gətirir

Hazırda oxunan: Almaniya 30 min hərbçini döyüşə hazır vəziyyətə gətirir

107383

Almaniya NATO ərazisinin mühafizəsinə 2025-ci ilə qədər 30 min hərbçi ayıracaq. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts NATO-nun baş katibi Yens Stoltenberqlə Berlində keçirilən birgə mətbuat konfransında deyib. 

“Almaniya NATO ərazisinin mühafizəsi səylərinə töhfəsini artırmaq niyyətindədir və 2025-ci ildən alyansı yüksək döyüş hazırlığında olacaq 30 min hərbçi ilə təmin etməyi planlaşdırır” ", - deyə Şolts bildirib. 

Şolts həmçinin qeyd edib ki, o, Stoltenberqlə xüsusilə Şimali Avropada kritik infrastrukturun qorunması məsələsini müzakirə edib:

"Şimal axınındakı təxribat göstərdi ki, biz enerji infrastrukturumuz üçün riskləri tamamilə yenidən qiymətləndirmək məcburiyyətindəyik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin