“Rusiya müasir dünyada danışıqlara və ünsiyyətə layiq ölkə deyil. Ölkə indiki sərhədləri daxilində mövcudluğunu dayandırmalı və koloniyaları boşaltmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov Kiyev Təhlükəsizlik Forumunda (KBF) bildirib.
"Onu (Rusiyanı nəzərdə tutur - red.) sadəcə olaraq məhv etmək lazımdır ki, öz sərhədləri daxilində bir ölkə kimi mövcudluğuna son qoysun .
Çünki bu gün Rusiya öz ərazisində çoxlu sayda xalqları, dilləri, mədəniyyətləri, adət-ənənələri məhv edən müstəmləkələrə malik azsaylı ölkələrdən biridir. Onlar barbardırlar və kimsə deyəndə ki, bu barbarlarla biz bir masa arxasında oturub nəyi isə müzakirə etməliyik, mən bunun bizə layiq addım olmadığını düşünürəm",- deyə Danilov qeyd edib.
O, həmçinin vurğulayıb ki, Ukraynanın Rusiya ilə heç bir əlaqəsi yoxdur.
Danilov bəyan edib ki, Rusiya Federasiyasının hazırkı rəhbərliyi sürətlə cinayətkar terror qruplaşmasının əlinə keçdiyi üçün hakimiyyət üzərində nəzarəti itirmək prosesi gedir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:50 / 01.12.2022
Aleksiy Danilov: “Rusiya mövcudluğuna son qoymalıdır” – VİDEO
Hazırda oxunan: Aleksiy Danilov: “Rusiya mövcudluğuna son qoymalıdır” – VİDEO
Hazırda oxunan: Aleksiy Danilov: “Rusiya mövcudluğuna son qoymalıdır” – VİDEO
107358
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.