Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar, müttəfiq ölkələrə öz bayraqlarını və uniformalarını terrorçulardan ayırd etməyi çətinləşdirəcək şəkildə istifadə etməməyə dair çağırış edib.
Bizim.Media xəbər verir ki, bu haqda Akar müttəfiq ölkələrdən olan həmkarları ilə keçirdiyi görüşlərin yekunu ilə bağlı jurnalistlərə açıqlaması zamanı məlumat verib.
Nazir müttəfiq ölkələrə terrorçuları bölgələrindən uzaq tutmaları və onlarla bütün əlaqələri kəsmələri üçün lazımi xəbərdarlıqların edildiyini bildirib.
“Türkiyə Silahlı Qüvvələri təhlükəsizliyin təmin edilməsi məqsədilə BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqları çərçivəsində qonşularının ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Eyni zamanda Türkiyə terrora qarşı mübarizəni qətiyyətlə davam etdirir”,- deyə Akar qeyd edib.
Nazir açıqlamasında terror qruplaşmaları tərəfindən Suriyanın şimalında sülh və sabitliyi pozmağa yönəlmiş təcavüz və hücumların artdığına da diqqət çəkib:
“PKK, KCK və YPG terror qruplaşmaları son günlər mülki yaşayış məntəqələrimizi hədəf alıb, uşaq, qadın fərqi olmadan günahsız vətəndaşlarımıza qarşı alçaq və qanlı hücumlar həyata keçirib”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:44 / 01.12.2022
Türkiyədən NATO-ya “forma” XƏBƏRDARLIĞI: “Terrorçuların bundan istifadə etməsinə icazə verməyin”
Hazırda oxunan: Türkiyədən NATO-ya “forma” XƏBƏRDARLIĞI: “Terrorçuların bundan istifadə etməsinə icazə verməyin”
Hazırda oxunan: Türkiyədən NATO-ya “forma” XƏBƏRDARLIĞI: “Terrorçuların bundan istifadə etməsinə icazə verməyin”
107349
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.