Litva Daxili İşlər naziri Saulius Skvernelis istefa verdiyini açıqlayıb.
xa0
Axar.az xəbər verir ki, nazir bu qərarı ölkədə dünən nəzarətə götürülən bir nəfərin polis avtomobilindən avtomatik tüfəng oğurlayaraq qaçmasından sonra verib. İstefa verən nazir bunları deyib:
xa0
“Dövlət heç vaxt olmadığı qədər sabitliyə möhtacdır. Birinci prioritetim ölkədəki hər kəsin və dövlətin təhlükəsizliyini təmin etməkdir. Buna görə də ictimai mənfəət və qlobal təhdidlər qarşısında ölkənin sabitliyi üçün istefa qərarı aldım”x9d.
xa0
Xatırladaq ki, dünən nəzarətdən qaçan bir nəfər 3 min polis və vertolyot dəstəsi ilə həyata keçirilən 5 saatlıq əməliyyatla ələ keçiriləndən sonra daxili işlər naziri tənqidlərə hədəf olmuşdu.


































































































