Nigeriyalı professor Opeyemi Enoç 156 ildir cavabı tapılmayan problemi həll edərək 1 milyon dollar mükafatın sahibi olub.
xa0
Moderator.az Axar.az-a istinadən xəbər verir ki, Opeyemi Enoç ilk dəfə 1859-cu ildə Bernard Riemann tərəfindən irəli sürülən Riemann fərziyyəsinin həllini tapıb. O, bu kəşfini Avstraliyanın paytaxtı Vyanada təşkil olunan Beynəlxalq Riyaziyyat və Kompüter Elmləri Konfransı zamanı təqdim edib.
xa0
Qeyd edək ki, 1859-cu ildə Riemann 1-ə bərabər olmayan sadə ədədlər kompleksi üçün fərziyyə irəli sürür. Bu fərziyyəyə görə zeta(s) = 0 tənliyinin bütün həlləri kompleks müstəvidə bir istiqamətdə iştirak etməkdədir. Bu tənliyin bütün kompleks ədəd həllərinin həqiqi qismlərinin ikidə bir olduğu təxmin edilir.
xa0
Bu iddianın bütün həllər üçün doğruluğu sübut edilərsə, sadə ədədlərin bölüşdürülməsi ilə bağlı çox əhəmiyyətli məlumat yaranacaq.
































































































