Medvedyev NATO-nu hədələdi – Onlar Ukraynanı “Patriot”la təmin edərsə...

Hazırda oxunan: Medvedyev NATO-nu hədələdi – Onlar Ukraynanı “Patriot”la təmin edərsə...

107002

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev NATO-nun Ukraynaya verəcəyi Patriotlarla bağlı fikrini bildirib.

Bizim.Media xəbər verir ki, D.Medvedyev Ukraynaya veriləcək Patriotların Rusiya ordusunun qanuni hədəfinə çevriləcəyini açıqlayıb. 

D.Medvedyev özünün Telegram kanalında bunları yazıb:  

"Əgər Stoltenberqin eyham vurduğu kimi, NATO Kiyev fanatiklərini NATO personalı ilə birlikdə “Patriot” kompleksləri ilə təmin edərsə, onlar dərhal silahlı qüvvələrimizin qanuni hədəfinə çevriləcəklər. Ümid edirəm ki, Atlantik impotentlər bunu başa düşürlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin