Hulusi Akar İsrailin müdafiə naziri ilə danışdı – İki ölkə əlaqələri müzakirə edilib

Hazırda oxunan: Hulusi Akar İsrailin müdafiə naziri ilə danışdı – İki ölkə əlaqələri müzakirə edilib

106997

Türkiyənin milli müdafiə naziri Hulusi Akar israilli həmkarı Benyamin Qansla telefonla danışıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, danışıq zamanı Akar iki ölkə arasında əlaqələrin qarşılıqlı maraqlar və həssaslıqlara hörmət əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Bundan əlavə, türkiyəli nazir səlahiyyətləri başa catan həmkarına ikitərəfli əlaqələrə verdiyi töhfəyə görə təşəkkür edib, ona yeni siyasi həyatında sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin