G7 ölkələri Ukrayna ilə bağlı razılığa gəldilər 

Hazırda oxunan: G7 ölkələri Ukrayna ilə bağlı razılığa gəldilər 

106988

“Böyük yeddilik” (“G7”) ölkələri Ukraynadakı hərbi cinayətlərin araşdırılması barədə razılığa gəliblər. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın ədliyyə naziri Marko Buşman deyib. 

Buşman bildirib ki, bunun üçün yüz minlərlə dəlilin toplanmasına ehtiyac var. 

“Biz bunu bütün dünyada beynəlxalq cinayət məhkəməsi olaraq edirik, ona görə də sübutlar hüquqi səviyyədə toplanmalıdır ki, sonra hər yerdə istifadə olunsun. Odur ki, bugünkü görüşdə iştirak edən bütün dövlətlər belə bir əlaqə nöqtəsi yaratmaq öhdəliyini öz üzərinə götürüblər”, - deyə Almaniyanın ədliyyə naziri bildirib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin