Obamanın qaldığı otelə hücum planı: Sağ qalanların başı kəsilməli idi

Hazırda oxunan: Obamanın qaldığı otelə hücum planı: Sağ qalanların başı kəsilməli idi

106859
İŞİD terror qruplaşması Türkiyənin Antalya şəhərində 15-16 noyabr tarixlərində keçirilən G20 (“Böyük iyirmilik”x9d) Liderlər Zirvəsində terror aktı həyata keçirməyi planlaşdırıbmış.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Respublika Baş prokurorluğu oktyabrın 10-da Ankara dəmir yolu stansiyasının qarşısında təşkil edilən terror aktı ilə bağlı apardığı istintaq çərçivəsində İŞİD-in G20 sammitində terror aktı planlaşdırdığına dair məlumatlar əldə edib.
 
Əldə olunan kəşfiyyat məlumatları təhlükəsizlik qurumlarına ötürülüb. Hazırda terror hücumuna hazırlaşmaqda şübhəli bilinən şəxslərin saxlanılması üçün əməliyyatlar davam edir.
 
Əldə edilən məlumatlarda G20  Zirvəsində liderlərin qalacaqları otellər, turist məkanları və gecə klublarında kamikadze hücumları planlaşdırıldığına dair dəlillər yer alıb. Terror hücumu ilə bağlı xəbərdarlıq edilən Antalya Polis İdarəsi bəzi şəxslərin saxlanılması üçün hərəkətə keçib.
 
ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin və Almaniyanın baş naziri Angela Merkelin də aralarında olduğu 37 liderin qatıldığı tədbirə qarşı planlaşdırılan hücum polisin əməliyyatları ilə ifşa edilib.
                                                                                                                   
102 nəfərin öldüyü Ankara terror hücumundan sonra İŞİD-ə qarşı Qaziantepdə keçirilən əməliyyatda G20-də planlaşdırılan hücumla bağlı sənədlər ələ keçirilib. Plana görə, G20-də iştirak edən nümayəndə heyətləri Antalyanın tarixi və təbii gözəllikləri ilə tanış olacaq, dağları gəzəcəkdi. Bölgədə əvvəlcədən kəşfiyyat aparan İŞİD üzvləri bomba yüklü avtomobilləri partlatmalı, sağ qalanları isə boğazlarını kəsərək öldürməli idi.
 
Planda həmçinin İŞİD-in Antalyadakı məşhur bir gecə klubunda terror hücumu planlaşdırdığı əksini tapıb. Gecə klubunda əvvəl bomba partladılmalı, sağ qalanlar isə eynilə Parisdəki “Bataclan”x9d konsert salonunda olduğu kimi atəş açılaraq öldürülməli idi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin