Fransa parlamenti İran əleyhinə qətnamə qəbul etdi

Hazırda oxunan: Fransa parlamenti İran əleyhinə qətnamə qəbul etdi

106850

Fransa parlamentinin deputatları 149 lehinə səslə qətnamə qəbul ediblər.

Bizim.Media “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, qətnamədə Avropa dövlətlərindən İrana təzyiqləri artırmaq tələb edilir.

Məqsəd isə bu ölkənin öz beynəlxalq öhdəliklərini yerinə yetirməsi və Məhsa Əmininin ölümü ilə bağlı araşdırma aparmasıdır.

Fransa qanunvericiləri sözügedən qətnaməni qəbul etməklə, İranın təhlükəsizlik qüvvələri tərəfindən nümayişçilərə qarşı repressiyaları qətiyyətlə pisləyib və bu hərəkətləri ifadə azadlığının zorakılıqla pozulması kimi dəyərləndirib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin