İŞİD terrorçuları çinli və norveçli girovları edam etdilər

Hazırda oxunan: İŞİD terrorçuları çinli və norveçli girovları edam etdilər

106766
“Öz kafir ölkələri tərəfindən tərk edildikdən sonra öldürülüblər”x9d.

İŞİD terror qruplaşmasının döyüşçüləri çinli və norveçli girovları edam ediblər.

Oxu.Az Associated Press-ə istinadən xəbər verir ki, onların cəsədlərinin şəkilləri qruplaşmanı təbliğ edən jurnalda yerləşdirilib.

“Öz kafir ölkələri və təşkilatları tərəfindən tərk edildikdən sonra edam ediliblər”x9d, - yaraqlıların yaydıqları məlumatda bildirilir. 

Fotoşəkillərə əsasən girovları güllələyərək öldürüblər.

Norveç XİN-də qeyd ediliblər ki, onların ölkə vətəndaşının edam edilməsi barədə heç bir məlumatları yoxdur. Çin hakimiyyəti isə terrorçuların bəyanatına heç bir reaksiya verməyib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin