Asiya və Avropa üçün taxıl daşıyan daha 7 gəmi Odessa limanlarını tərk etdi

Hazırda oxunan: Asiya və Avropa üçün taxıl daşıyan daha 7 gəmi Odessa limanlarını tərk etdi

106603

“Taxıl dəhlizi” çərçivəsində Böyük Odessa limanlarından daha 7 gəmi çıxıb. Bu gəmilər Asiya və Avropaya 248 min ton Ukrayna kənd təsərrüfatı məhsulu ixrac edirlər.

Bizim.Media “RBK-Ukrayna” nəşrinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Ukrayna infrastruktur nazirliyinin mətbuat xidməti yayıb.

Hazırda Ukrayna limanlarında 19 gəmi var. Onlar Ukraynanın 740 min ton kənd təsərrüfatı məhsulunu yükləyirlər.

105 min ton kənd təsərrüfatı məhsulunu yükləmək üçün “taxıl dəhlizi” ilə dörd gəmi hərəkət edir.

Ümumilikdə, “taxıl təşəbbüsü” başlayandan bəri 501 gəmi Ukrayna limanlarını tərk edərək, Asiya, Avropa və Afrikaya 12,2 milyon ton ərzaq ixrac edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin