Ağ Evin sözçüsü brifinqdə uğursuz zarafat etdi

Hazırda oxunan: Ağ Evin sözçüsü brifinqdə uğursuz zarafat etdi

10660

ABŞ Prezidentinin Mətbuat Katibi Cen Psaki ABŞ Silahlı Qüvvələrinə hörmətsizlik etməkdə günahlandırılıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Politico qəzeti yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bayden Trampın qanununun üstündən xətt çəkdi - Viza asanlaşır - FOTO


Brifinq zamanı ondan bir vaxtlar Donald Tramp administrasiyasının dəstəyi ilə yaradılan Kosmik qüvvələrin (Space Force) gələcəyi ilə bağlı qərar qəbul edib-etməyəcəyi soruşulub.

"Vay, Space Force. Bu, günün təyyarəsidir. Maraqlı sualdır. “Space Force”dakı şəxslə məsləhətləşmək istərdim" deyə Psaki cavab verib.

Media mətbuat katibinin sözlərini Kosmik qüvvələrin adının məlumatsızlığı kimi deyil, zarafat kimi şərh edib. 

Senator Mayk Rogers bildirib ki, Baydenin mətbuat katibinin zarafatı bizim qoşun növlərini dəyərdən salır: “Bu, Çinin xoşuna gələcək”.

Bu açıqlamadan sonra Psaki “Twitter”də kosmik qüvvələrə dəstək olduğunu və hər zaman Ağ Evdən asanlıqla xəbər ala biləcəklərini deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin