ABŞ baş prokurorunun keçmiş köməkçisindən TƏKLİF: “ABŞ NATO-dan çıxmalıdır”

Hazırda oxunan: ABŞ baş prokurorunun keçmiş köməkçisindən TƏKLİF: “ABŞ NATO-dan çıxmalıdır”

106560

“ABŞ birtərəfli qaydada NATO-dan çıxsa, Ukraynada döyüşlər dayanacaq”. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Ronald Reyqanın vaxtında baş prokuror müavininin keçmiş köməkçisi vəzifəsində çalışan Brüs Fayn “The Hill”də dərc olunan məqaləsində yazıb.

Fayn 1798-ci ildə ABŞ Konqresinin Fransa ilə müttəfiqlik müqaviləsini ləğv etdiyi zaman presedenti xatırladıb. Ona görə də hesab edir ki, belə bir hərəkət “konstitusiya yeniliyi” olmayacaq.
"NATO-dan çıxmaqla Konqres Putinin Ukraynaya təcavüzünə səbəb olan ekzistensial təhlükəni aradan qaldıracaq və Rusiyanı zəiflətmək istəyi sönəcək", - Fayn qeyd edib.

“Bundan əlavə, bu, prezident Vladimir Putinə “imicini xilas edən” hərbi əməliyyatlara son qoymağa imkan verəcək. ABŞ alyansdan çıxsa, NATO Rusiya üçün təhlükəsiz olacaq”, deyə o vurğulayıb.

Faynın sözlərinə görə, Rusiyanın Ukraynadakı hərbi əməliyyatını təhrik edən məhz rəsmi Kiyevin NATO-ya üzvlüyü və alyansın şərqə doğru genişlənməsi olub.

“Əks təqdirdə, Ukraynadakı müharibə qeyri-müəyyən müddətə uzanacaq və ABŞ ildə 100 milyard dollar xərcləyəcək”, - Fayn əlavə edib.

“Putin dəfələrlə bildirib ki, NATO ölkələri şərqə doğru “bir qarış” genişləndirməmək vədlərinə əməl etməyiblər. Kremlin sahibi bu barədə hərbi əməliyyatların başladığı gün, fevralın 24-də müraciətində deyib. Dövlət başçısı Şimali Atlantika Alyansının infrastrukturunun daha da genişləndirilməsini, Ukrayna ərazilərinin hərbi inkişafını qəbuledilməz adlandırıb”, deyə o yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin