“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Qırğız Respublikasının Sosial Fondu arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol”u təsdiq edilib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, 2022-ci il oktyabrın 11-də Bişkek şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Qırğız Respublikasının Sosial Fondu arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol” təsdiq edilib.
Fərmanın 1-ci hissəsində qeyd olunan Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:14 / 24.11.2022
ƏƏSMN ilə Qırğızıstanın Sosial Fondu əməkdaşlıq edəcək – Prezidentdən FƏRMAN
Hazırda oxunan: ƏƏSMN ilə Qırğızıstanın Sosial Fondu əməkdaşlıq edəcək – Prezidentdən FƏRMAN
Hazırda oxunan: ƏƏSMN ilə Qırğızıstanın Sosial Fondu əməkdaşlıq edəcək – Prezidentdən FƏRMAN
106131
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.