Avropada Ukrayna və Gürcüstanda verilən Rusiya pasportları tanınmayacaq – Saziş təsdiqləndi

Hazırda oxunan: Avropada Ukrayna və Gürcüstanda verilən Rusiya pasportları tanınmayacaq – Saziş təsdiqləndi

106098

Avropa Parlamentinin deputatları Ukrayna və Gürcüstanın işğal olunmuş bölgələrindəki vətəndaşlara Rusiya tərəfindən verilmiş pasportların və digər səyahət sənədlərinin tanınmaması qərarını dəstəkləyiblər.

Bizim.Media xəbər verir ki, parlament Rusiya tərəfindən Ukraynanın işğal olunmuş regionlarında və Gürcüstanın separatçı ərazilərində viza verilməsi və ya xarici sərhədləri keçmək məqsədilə Rusiya tərəfindən verilmiş səyahət sənədlərinin tanınmaması haqqında sazişi təsdiqləyib.

Qanunvericilik mətninin lehinə 531, əleyhinə 7 parlamentari səs verib. 34 parlamentari isə bitərəf olub.

Qətnaməyə əsasən, Komissiya Aİ ölkələri ilə məsləhətləşməli və Rusiya səyahət sənədlərinin, xüsusən də qəbul edilməyəcək pasportların siyahısını tərtib etməlidir.

Bununla yanaşı, Ukraynadakı münaqişə nəticəsində qaçqınlar humanitar səbəblərlə Aİ-yə daxil ola biləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin