Belarus prezidenti Aleksandr Lukaşenko Kiyevin sülh danışıqlarından imtina edəcəyi təqdirdə bir dövlət kimi tamamilə məhv olacağını proqnozlaşdırıb.
Bizim.Media “Pul pervoqo” nəşrinə istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.
“Hər şey Ukraynanın əlindədir. Yox, ona görə yox ki, mən bu mövzunu Zelenskiyə və ya Ukraynaya çatdırmaq istəyirəm. Əgər onlar çoxlu sayda insanların ölməsini istəmirlərsə, dayanmalıdırlar. Əks halda Ukrayna tamamilə məhv olacaq”, - deyə Lukaşenko bildirib.
O, Böyük Vətən Müharibəsi zamanı 30 milyon insanın həlak olduğunu da xatırladıb:
“Bu gün bunu kim xatırlayır? Yalnız Belarus və Rusiyada, başqa heç yerdə. Yəni yaralar sağalıb”.
Bundan əvvəl Lukaşenko hər kəsi Ukraynada axan qanı dayandırmağa və sülh danışıqlarına başlamağa çağırıb. O, ölkədə baş verənləri güclənən tornado ilə müqayisə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:45 / 24.11.2022
Lukaşenko: “Ukrayna sülh danışıqlarından imtina etsə, tamamilə məhv olacaq” – VİDEO
Hazırda oxunan: Lukaşenko: “Ukrayna sülh danışıqlarından imtina etsə, tamamilə məhv olacaq” – VİDEO
Hazırda oxunan: Lukaşenko: “Ukrayna sülh danışıqlarından imtina etsə, tamamilə məhv olacaq” – VİDEO
106054
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.