İran məhkəmə sisteminin sözçüsü Məsud Sitayeşi Məhsa Əmininin öldürülməsindən sonra ölkənin əksər əyalətlərində başlayan etiraz aksiyaları zamanı 2 400 nəfərin həbs edildiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
O bildirib ki, daha 1 118 nəfər isə hökumətin müxaliflərə qarşı təqibləri çərçivəsində ittiham olunub və məhkəmə işlərinə baxılmasını gözləyir.
Sitayeşinin sözlərinə görə, sentyabrın ortalarından bu günə kimi İranı bürümüş nümayişlərdə iştirak etdikləri üçün ümumilikdə 2 432 etirazçıya məhkəmələr tərəfindən ilkin hökm oxunub.
İnsan haqları təşkilatlarının noyabrın 21-də yaydıqları məlumata görə, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 17 mindən çox vətəndaş həbs edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:24 / 24.11.2022
İrandakı etiraz aksiyaları zamanı 2400 nəfər həbs edilib
Hazırda oxunan: İrandakı etiraz aksiyaları zamanı 2400 nəfər həbs edilib
Hazırda oxunan: İrandakı etiraz aksiyaları zamanı 2400 nəfər həbs edilib
105981
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.