Baydendən Ukraynaya hərbi yardımla bağlı göstəriş - 400 milyon dollar 

Hazırda oxunan: Baydendən Ukraynaya hərbi yardımla bağlı göstəriş - 400 milyon dollar 

105950

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 400 milyon dollara yaxın əlavə hərbi yardımın ayrılması barədə göstəriş verib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb. 

“Bayden ABŞ dövlət katibinə Ukraynaya kömək məqsədilə ABŞ Müdafiə Nazirliyindən müdafiə məhsulları və xidmətləri, eləcə də hərbi təlim və təhsil xərcləri üçün 400 milyon dollara qədər vəsait ayırmaq göstərişi verib”, - deyə məlumatda bildirilib. 
Rəsmi Vaşinqtonun Kiyevə hansı silahları göndərəcəyi isə açıqlanmayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin