BMT-nin İnsan Haqları üzrə Ali Komissarı: "İranda vəziyyət kritikdir"

Hazırda oxunan: BMT-nin İnsan Haqları üzrə Ali Komissarı: "İranda vəziyyət kritikdir"

105822

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İran hakimiyyətinin ümumxalq etirazlarına reaksiyasının aqressivləşməsinə toxunaraq, son iki ayda etirazlarda ən azı 300 nəfərin həlak olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Ceremi Lourens noyabrın 22-də İsveçrənin Cenevrə şəhərində keçirdiyi mətbuat konfransında bildirib ki, son günlər İranda etiraz aksiyaları nəticəsində ölənlərin sayının artması, o cümlədən iki uşağın ölümü və təhlükəsizlik qüvvələrinin reaksiyasının zorakı xarakter alması ölkədəki vəziyyətin böhranlı həddə çatdığını təsdiqləyir.

BMT-nin İnsan Haqları Şurası bu həftə Cenevrədə İranda etirazların vəziyyətini nəzərdən keçirmək üçün iclas keçirməyə hazırlaşır. Görüşdə bir sıra diplomatların, etiraz şahidlərinin və zərəçəkənlərin iştirakı gözlənilir. 
İclasda təklif edilən məsələlərdən biri də İranda davam edən repressiyalarla bağlı faktaraşdırıcı komissiyanın yaradılması olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin