İsrailin Qüds şəhərində partlayış olub.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, avtobus dayanacağının yaxınlığında yerə qoyulan çanta partlayıb.
İlkin məlumata görə, 18 nəfər yaralanıb, 1 nəfər ölüb. Yaralıların ikisinin vəziyyəti ağırdır.
Hadisəyə görə kimin məsuliyyət daşıdığı hələlik məlum deyil. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.
Polis partlayışı törədənləri axtarır. Şəhərdə ikinci partlayışın da olduğu deyilir. Bu zaman xəsarət alan olmayıb.
Bizim.Media