İlon Mask 100 milyard dollardan çox pul itirdi

Hazırda oxunan: İlon Mask 100 milyard dollardan çox pul itirdi

105672

Dünyanın ən varlı insanı olan sahibkar İlon Mask 2022-ci ildə 100 milyard dollardan çox pul itirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Bloomberg" agentliyi yayıb.

Məlumata görə, İlon Maskın varidatı bütövlükdə 100,5 milyard dollar azalıb. Bununla belə, o, yenə də planetin ən varlı insanı olaraq qalır və 169,8 milyard dollar sərvətə sahibdir.

Agentlik qeyd edir ki, təkcə bazar ertəsi günü Maska məxsus elektrik avtomobil istehsalçısı olan "Tesla" kompaniyasının səhmlərinin iki ilin ən aşağı səviyyəsinə düşməsi nəticəsində sahibkar 8,6 milyard dollar itirib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin