Smartfonlar üçün yeni prosessor təqdim edilib

Hazırda oxunan: Smartfonlar üçün yeni prosessor təqdim edilib

105599

“Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qabaqcıl smartfonlar üçün yeni prosessor təqdim edilib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, sistemi “Qualcomm” şirkəti hazırlayıb.

Məlumata görə, yeni “Snapdragon 888 Plus” modeli “Snapdragon 888” çipinin təkmilləşdirilmiş versiyasıdır və “5G” şəbəkələrində işi dəstəkləyən premium sinifli telefonlar üçün nəzərdə tutulub. Prosessor səkkiz nüvədən ibarətdir:

2840 meqahers tezlikli bir güclü “Cortex-X1” nüvəsi, üç məhsuldar “Cortex-A78” nüvəsi və dörd enerjiyə qənaətcil “Cortex-A55” nüvəsi. Qurğu “Adreno 660” qrafik sürətləndiricisi və “Snapdragon X60 5G” modemi ilə təchiz edilib.

Modem saniyədə 7,5 giqabitədək məlumat ötürmə sürətini dəstəkləyir.

Təqdim edilən çip neyron şəbəkələrlə iş üçün altıncı nəsil “Qualcomm AI Engine” texnologiyasına malikdir, “Wi-Fi 6E” və “Bluetooth 5.2” simsiz rabitə standartını dəstəkləyir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin