"Fransa ordusu böyük sarsıntı içərisindədir və bu bizə heç də yaxşı nələrsə vəd etmir".
Bizim.Media xəbər verir ki, bunu Fransa "Patriotlar" hərəkatının lideri, keçmiş Avropa Parlamentinin deputatı Florian Filippo özünün tvitter hesabında yazıb.
O, bunun səbəbini Fransa hökumətinin əsas silah arsenalını Kiyevə göndərməkdə gördüyünü açıqlayıb.
Filipponun fikrincə, Ukrayna tərəfini silahlandırmaq yalnız müharibəni alovlandırır.
“Fransanın Ukraynaya silah göndərməsi həm regionda vəziyyəti qızışdırır, həm də öz silah, texnika arsenalımızın azalmasına, ümuilikdə isə ordumuzun zəifləməsinə səbəb olacaq” - deyə siyasətçi bildirib.
Bizim.Media
À l’instant la France annonce livrer de nouvelles armes à l’Ukraine !
— Florian Philippot (@f_philippot) November 21, 2022
Folie !
Pour attiser la guerre et pour obtenir un nouveau Tchernobyl encore plus vite c’est ça ?!
Et pendant ce temps, l’armée française fond comme neige au soleil !#StopEnvoiDarmesAZelensky