“Geri qayıtmış məcburi köçkünlərin həyatı ciddi təhlükə altındadır” – Sahibə Qafarova  

Hazırda oxunan: “Geri qayıtmış məcburi köçkünlərin həyatı ciddi təhlükə altındadır” – Sahibə Qafarova  

105571

“Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın qonşu Ermənistanın işğalı altında olub. Bu ərazilərdə bütün şəhər və kəndlərimiz, tarixi, mədəni və dini abidələrimiz dağıdılıb. Öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş 1 milyona yaxın soydaşımızın 52 faizi qadınlardır”.  

Bizim.Media xəbər verir ki, bunu Kamboca Krallığında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Pnompendə keçirilən ASEAN Parlamentlərarası Assambleyasının Qadın Parlamentarilərinin görüşündə deyib.

Sahibə Qafarova həmçinin, Azərbaycanın 2020-ci ildə öz torpaqlarını erməni işğalından azad etməsindən sonra həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa işləri barədə məlumat verərək, bildirib ki, keçmiş məcburi köçkün ailələri artıq evlərinə qayıtmağa başlayıblar.  
“Lakin Ermənistanın bu ərazilərdə basdırdığı çoxlu sayda mina bu prosesə ciddi maneədir. İki il əvvəl müharibə başa çatandan sonra mina partlayışları nəticəsində, təxminən 270 azərbaycanlı həlak olub və ya ağır yaralanıb.

Hazırda qadın və uşaqlar da daxil olmaqla geri qayıtmış məcburi köçkünlərin həyatı ciddi təhlükə altındadır. Mina problemi normal həyatlarını davam etdirməyə çalışan qadınlarımız üçün böyük bir sınaqdır. Bu məsələ qadınlar, sülh və təhlükəsizlik haqqında qlobal gündəlikdə diqqətdə saxlanılmalıdır”, - deyə Parlament sədri vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin