Sahibə Qafarova ASEAN-nın Qadın Parlamentarilərinin görüşündə - FOTO 

Hazırda oxunan: Sahibə Qafarova ASEAN-nın Qadın Parlamentarilərinin görüşündə - FOTO 

105569

Kamboca Krallığında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 21-də ölkənin paytaxtı Pnompendə keçirilən ASEAN Parlamentlərarası Assambleyasının Qadın Parlamentarilərinin görüşündə iştirak edib. 

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 

Görüşdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova tədbir iştirakçılarını salamlayaraq, görüşdə iştirak etməkdən, fərqli ölkələri və təşkilatları təmsil edən qadın parlamentarilərlə görüşməkdən, birgə səy və kollektiv cavab tələb edən mövzularda fikir mübadiləsi aparmaqdan hər zaman məmnun olduğunu ifadə edib. 

Gender problemlərinin əsas səbəblərindən birinin təhsillə bağlı olduğunu deyən spiker Sahibə Qafarova inklüziv cəmiyyətin yaradılmasında əsas diqqətin təhsilin gücləndirilməsinə və təhsildə bərabər imkanların təmin edilməsinə yönəldilməsinin əhəmiyyətini vurğulayıb.
Parlamentlərin cəmiyyətin ehtiyaclarını və dəyişən dinamikasını əks etdirən nümayəndəli orqan olduğunu bildirən Milli Məclisin sədri qadın parlamentarilərin pandemiyadan sonrakı dövrdə gender bərabərliyinin təmin olunması istiqamətində görə biləcəyi işlərdən söz açıb. O, təmsilçilik və idarəetmə baxımından qadın parlamentlərin gender həssaslığının artırılmasından, millət vəkillərinin gender bərabərliyini təşviq edən və qoruyan yeni qanunların qəbul edilməsi və onların tətbiqi sahəsində fəaliyyətindən danışıb. 

O, bildirib ki, yalnız milli səviyyədə deyil, qlobal səviyyədə də həmrəylik, əməkdaşlıq və koordinasiya həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə daha yaxşı nəticələr əldə etməyə imkan verir. Bu mənada, belə platformalar hədəfləri müəyyənləşdirmək baxımından vacibdir. 

Azərbaycanın 1918-ci ildə əksər Avropa ölkələrindən daha əvvəl qadınlara səsvermə hüququ verdiyini qeyd edən Milli Məclisin sədri ölkəmizdə gender bərabərliyinin təmin edilməsində və qadınların hüquq və imkanlarının artırılmasında əldə olunan nailiyyətlərdən danışıb.
O, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin və parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin yaradılmasını bu istiqamətdə sistemli və struktur yanaşmanın tətbiq edilməsində, hökumətlə parlament arasında əməkdaşlığın təmin edilməsində mühüm qərarlar kimi dəyərləndirib. 

Azərbaycanda gender bərabərliyi və qadın hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsindən və dövlət proqramlarının həyata keçirilməsindən bəhs edən Sahibə Qafarova bu məsələlərlə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini bildirib. O, BMT və Azərbaycan arasında 2021-ci ilin mart ayında imzalanan 2021-2025-ci illər üçün Dayanıqlı İnkişafa dair Əməkdaşlıq üzrə Çərçivə Sənədində gender bərabərliyi məsələlərinin prioritet sahələr təşkil etdiyini diqqətə çatdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin