NATO PA Rusiyanı terrorçu dövlət kimi tanıdı - FOTO

Hazırda oxunan: NATO PA Rusiyanı terrorçu dövlət kimi tanıdı - FOTO

105541

NATO Parlament Assambleyası (PA) Rusiyanı terrorçu dövlət kimi tanıyıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Yeqor Çernev "Facebook"da bildirib.

“NATO Parlament Assambleyası Rusiyanın təcavüzü ilə bağlı xüsusi beynəlxalq tribunal yaratmağa çağırıb və bu ölkəni terrorçu dövlət kimi tanıyıb.

NATO-nun 30 ölkəsi nümayəndə heyətimizin təkliflərini dəstəkləyib. Bu tribunal təkcə hərbi cinayətlərin bilavasitə icraçılarını deyil, həm də Rusiya Federasiyasının yüksək rəhbərliyini qınamağa imkan verəcək. Qətnamə NATO üzvü olan ölkələrin hökumət və parlamentlərinə ünvanlanacaq”, - deyə Çernev qeyd edib.

Ukraynalı parlamentari qətnamədə Ukraynanın digər istəklərinin də yer aldığını deyib:

“Bundan əlavə, qətnamədə digər istəklərimiz də nəzərə alınıb:

- Ukraynaya silah tədarükünün artırılması;

- Ukraynanın NATO-ya daxil olması ilə bağlı konkret addımların hazırlanması;

- Ukraynaya dəymiş ziyana görə Rusiya Federasiyasından kompensasiyaların alınması mexanizminin yaradılması”.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin