“Rusiya Ukraynanı bir neçə günə işğal edə biləcəyini hesab edirdi. 9 ay keçib və Rusiya hər gün geriləyir”.
Bizim.Media xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq NATO Parlament Assambleyasının Madriddə keçirilən 68-ci sessiyasında çıxışı zamanı deyib.
Alyansın Baş katibi deyib ki, Ukrayna öz torpaqlarını azad edir və bunun ən yaxşı nümunəsi bu günlərdə azad edilən Xersondur:
“Eyni zamanda, Rusiyanın hərbi imkanlarını aşağı qiymətləndirərək böyük səhv etməməliyik”.
O deyib ki, Rusiyanın hələ çox sayda hərbi qüvvələri, canlı qüvvəsi var:
“Bu gün Rusiya dronlarla, raketlərlə Ukrayna şəhərlərini, mülki əhalini, infrastrukturu hədəf alır. Biz Ukraynanı uzun müddət üçün dəstəkləməyə hazır olmalıyıq”.
Stoltenberq deyib ki, bu müharibənin nəticələri ilə həm də Avropa üzləşir:
“Enerji və ərzaq qiymətləri artır, bizim bu itkilərimiz pulla ölçülür, ancaq ukraynalıların itkiləri qanla ölçülür. Əgər Putinin qalib gəlməsinə imkan versək, bunun cəzasını çəkəcəyik”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:25 / 21.11.2022
“Rusiya Ukraynada geriləyir” – Stoltenberq
Hazırda oxunan: “Rusiya Ukraynada geriləyir” – Stoltenberq
Hazırda oxunan: “Rusiya Ukraynada geriləyir” – Stoltenberq
105501
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.