“Twitter”də DƏYİŞİKLİKLƏR – Bu dəfə “mavi tık”la bağlı 

Hazırda oxunan: “Twitter”də DƏYİŞİKLİKLƏR – Bu dəfə “mavi tık”la bağlı 

105307

“Twitter” istifadə qaydaları dəyişməkdə davam edir.

Bizim.Media xəbər verir ki, bu dəfə yeni istifadəçilər “mavi tık” əldə etmək üçün 90 gün gözləməli olacaqlar.

Şirkət rəsmilərinin fikrincə, bu üsulla saxta istifadəçi hesabları və “mavi tık”a sahib istifadəçi hesabları tərəfindən yayılan spamlar ilə daha yaxşı mübarizə aparmaq mümkün olacaq.
Xatırladaq ki, daha əvvəl 9 noyabr tarixindən sonra qeydiyyatdan keçmiş “Twitter” istifadəçilərinin aylıq 8 dollara başa gələn “mavi tık” ala bilməyəcəkləri ilə bağlı məlumatlar yayılıb.

“Twitter”in yeni sahibi amerikalı milyarder İlon Mask “mavi tık”ın 29 noyabr tarixində yenidən aktivləşəcəyini elan edib.

Qeyd edək ki, şirkət sosial şəbəkə daxilində dezinformasiya və saxta hesablarla yeni mübarizə üsullarının axtarışındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin