Aİ Nigerə sülhməramlı missiya yerləşdirməyi nəzərdən keçirir

Hazırda oxunan: Aİ Nigerə sülhməramlı missiya yerləşdirməyi nəzərdən keçirir

105300

Avropa İttifaqı (Aİ) Nigerin Sahel bölgəsində münaqişənin həlli üçün sülhməramlı missiya yerləşdirməyi nəzərdən keçirir.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, qərar dekabrın ortalarında verilə bilər.

Bildirilib ki, gələn il missiyanın bölgəyə göndəriləcəyi gözlənilir. Missiya üç il müddətində fəaliyyətdə olacaq.

Məlumata görə, məqsəd Niger silahlı qüvvələrinə təlim keçmək, hərbi qurumları dəstəkləmək və silahlarla təmin etmək olacaq.

Vəsaitin hazırda Aİ ölkələrindən Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünü birgə maliyyələşdirən Avropa Sülh Fondundan ayrılması gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin