"NATO Ukraynada hərbi əməliyyatlara cəlb olunmayacaq".
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Halifaks Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.
"NATO müdafiə ittifaqıdır və Rusiya ilə qarşıdurmaya can atmır. O, Rusiya üçün təhlükə deyil”, -deyə Pentaqon rəhbəri qeyd edib.
Nazir bildirib ki, NATO hərbi əməliyyatlara cəlb edilməsə də, Ukraynanın müdafiəsinə dəstək olacaq: “Biz NATO ərazisinin hər qarışının müdafiəsini gücləndirməyə davam edəcəyik”.
O qeyd edib ki, Ukraynadakı vəziyyət "soyuq müharibə"nin bitməsindən sonra ən böyük təhlükəsizlik böhranıdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:37 / 19.11.2022
“NATO Ukraynada hərbi əməliyyatlara cəlb olunmayacaq” – ABŞ-ın Müdafiə naziri
Hazırda oxunan: “NATO Ukraynada hərbi əməliyyatlara cəlb olunmayacaq” – ABŞ-ın Müdafiə naziri
Hazırda oxunan: “NATO Ukraynada hərbi əməliyyatlara cəlb olunmayacaq” – ABŞ-ın Müdafiə naziri
105290
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.