“İranın nüvə sazişinin bərpası ABŞ-ın diqqətindən kənarda qalıb” – Con Kirbi

Hazırda oxunan: “İranın nüvə sazişinin bərpası ABŞ-ın diqqətindən kənarda qalıb” – Con Kirbi

105179

Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinq keçirib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, brifinqdə Ağ Ev rəsmisi bu dəfə də İranın nüvə sazişinin bərpası məsələsinə toxunub.
 

MÖVZU İLƏ BAĞLI:

“ABŞ Ukraynanı Rusiya ilə danışıqlara sövq etmir” – Ağ Ev rəsmisi


​​​​​​​O, qeyd edib ki, İranın nüvə sazişinin bərpası ABŞ-ın diqqətindən kənarda qalıb, lakin Vaşinqton problemin həllində diplomatiyaya üstünlük verməkdə davam edir.

“Onlar nüvə sazişi ilə birbaşa əlaqəsi olmayan məsələləri qaldırmağa davam edərək suları bulandırdılar. Bizim cəhdlərimizə baxmayaraq, İrandakı etirazlardan əvvəl onlarla müqavilə bağlaya bilmədik. Amma, ABŞ Prezidenti Cozef Bayden Tehranın nüvə silahına malik olmasının qarşısını almaqda qərarlıdır.”, -deyə Kirbi bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin