Ukrayna Avropa İttifaqının (Aİ) vəd etdiyi 3 milyard avroluq makromaliyyə yardımının bir hissəsini -18 milyard avroluq paketi gələn ilin yanvar ayında ala bilər.
Bizim.Media “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal və Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskisin iştirakı ilə keçirilən brifinqdə bildirilib.
Şmıqal bildirib ki, Ukrayna üçün vəsaitin ilin əvvəlində, büdcənin doldurulmasında problemlər yaranan zaman alınması son dərəcə vacibdir:
“Artıq gələn həftə Ukrayna builki yardımdan 2,5 milyard avro alacaq, buna görə Avropa Komissiyasına minnətdarıq. Dekabrda daha yarım milyard avro gözləyirik və bununla bu il üçün alacaqlarımız bitəcək.
Razılaşdıq ki, bu ilin 3 milyardlıq yardımı gələn ilin 18 milyardlıq yardımına daxil edilir. Bizim üçün bu vəsaiti yanvarda – büdcəni doldurmağın çətin olduğu dövrdə almaq çox vacibdir”.
Avropa Komissiyasının vitse-prezidenti V.Dombrovskis Ukrayna Baş nazirinin sözlərini təsdiqləyərək makromaliyyə yardım proqramında müəyyən şərtlərin nəzərdə tutulacağını vurğulayıb.
Qeyd edək ki, proqram şərtlərinə səmərəli idarəçiliyin gücləndirilməsi və korrupsiyaya qarşı mübarizə daxil edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:09 / 18.11.2022
Ukrayna Aİ-dən 3 milyard avroluq makromaliyyə yardımı alacaq
Hazırda oxunan: Ukrayna Aİ-dən 3 milyard avroluq makromaliyyə yardımı alacaq
Hazırda oxunan: Ukrayna Aİ-dən 3 milyard avroluq makromaliyyə yardımı alacaq
105160
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.