Rusiya-Ukrayna müharibəsi başlayanadan əksər dövlətlərdən Kiyevə yardımlar edilir.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Finlandiya Prezidenti Sauli Niinistyo Ukraynaya yeni böyük hərbi yardım paketi vermək qərarına gəlib.
Bu barədə məlumatı isə Finlandiya Müdafiə Nazirliyinin rəsmi saytı yayıb.
Məlumatda qeyd olunub ki, yardım paketinin dəyəri 55,6 milyon avroya çatacaq.
“Ukraynanın öz ərazisini müdafiə etmək üçün dəstəyə ehtiyacı var. Hazırda göndərilən müdafiə yardımı bu günə qədər etdiyimiz yardımların ən böyüyüdür.” - müdafiə naziri Antti Kaykkonen bildirib.
Yeni paketin təqdim edilməsinə qərar verilərkən həm Ukraynanın ehtiyacları, həm də Finlandiya Müdafiə Qüvvələrinin resursları nəzərə alınıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:06 / 17.11.2022
Daha bir ölkə Ukraynaya yardım ayırdı – BÖYÜK MƏBLƏĞ
Hazırda oxunan: Daha bir ölkə Ukraynaya yardım ayırdı – BÖYÜK MƏBLƏĞ
Hazırda oxunan: Daha bir ölkə Ukraynaya yardım ayırdı – BÖYÜK MƏBLƏĞ
104989
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.