Xorvatiya müxalifəti parlament seçkilərində qalib gəldiyini bəyan edib

Hazırda oxunan: Xorvatiya müxalifəti parlament seçkilərində qalib gəldiyini bəyan edib

104956
Başda Xorvat Demokratik Birliyi olmaqla sağçı müxalifət partiyaları koalisiyası parlament seçkilərində qələbə qazandığını bəyan edib.
Moderator.az Report-a istinadən xəbər verir ki, müxalifət təqribən 60 seçki məntəqəsində səslərin hesablanmasından sonra 151 yerlik parlamentdə 61 mandat qazanır ki, bu da hakim sağmərkəzçilərdən 7-8 mandat çoxdur.
"Biz parlament seçkilərində qalib gəldiyimizi deyə bilərik", - deyə partiya lideri Tomislav Karamarko tərəfdarlarına müraciət edərək bildirib.
O qeyd edib ki, vətəndaşların 2/3 hissəsi dəyişikliyin lehinə səs verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin